UEFA Konfrans Liqası: “Fiorentina”dan vacib səfər qələbəsi

UEFA Konfrans Liqası: “Fiorentina”dan vacib səfər qələbəsi






presstv

"Presstv"az #Avstriya, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində “Selye” – “Fiorentina” matçı mərkəzi qarşılaşmalardan biri olub.

presstvaz xəbər verir ki, hesabı 27-ci dəqiqədə açan Ranyeri qonaqların qələbə qazanmaq əzmində olduqlarını göstərib.

Mandraqora 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə Sloveniya təmsilçisini ikinci dəfə meydançanın mərkəzinə dəvət edib.

Altı dəqiqə sonra Delorye-Şobe ev sahiblərinin matçda ilk qolunu vursa da, “Selye””nin bundan artığına gücü çatmayıb. Oyun “Fiorentina”nın 1-2 hesablı qələbəsi ilə nəticələnib.

1/4 final mərhələsinin daha bir maraqlı qarşılaşması “Real Betis” və “Yaqelloniya” arasında keçirilib.

İspanlar Polşa təmsilçisi üzərində inamlı qələbə qazanıblar – 2:0. “Real Betis”in qollarını 24-cü dəqiqədə Bakambu, 45+2-ci dəqiqədə isə Rodriges Karabolya vurublar.

Bu mərhələdə “Dyürqarden” – “Rapid” matçı da gərgin mübarizə şəraitində keçməsi ilə diqqət çəkib.

Tərəflər birinci hissədə qol epizodlarından yararlana bilməyiblər.

Görüşdə hesab 62-ci dəqiqədə açılıb. Findel öz qapısına qol vuraraq Avstriya təmsilçisini önə keçirib. Görüş “Rapid”in minimal hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv