Avropa çempionu olan güləşçi: “Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm”

Avropa çempionu olan güləşçi: “Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #Gürcüstan, #Sərbəst güləş, #Slovakiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.

125 kq çəki dərəcəsində uğura imza atan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib:

“Final görüşüm həqiqətən çətin keçdi. Lakin sonda qalib olduğum üçün sevincliyəm. Mənə dəstək olan hər kəsə, o cümlədən Azərbaycan Güləş Federasiyasına öz minnətdarlığımı bildirirəm. Çalışdım ki, verilən tapşırıqların öhdəsindən layiqincə gəlim. Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm”.

Qeyd edək ki, Giorgi Meşvildişvili finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vuran yığma 119 xalla komanda hesabında birinci yeri tutub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv