Elektron siqaret bədəni məhv edir: “Veyp”in istifadəsi qadağan olunacaq?

Elektron siqaret bədəni məhv edir: “Veyp”in istifadəsi qadağan olunacaq?






presstv

"Presstv"az #Elektron siqaret, #Həkim, #Siqaret, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağırlıq və halsızlıq kimi simptomlarla həkimə müraciət edənlərin sayı artıb.

Mütəxəssislər deyirlər ki, bu hal daha çox elektron siqaret istifadə edənlər arasında müşahidə olunur. “Veyp”dən istifadə “popkorn” xəstəliyinə səbəb ola bilər.

Baku TV mövzu ilə bağlı elektron siqaret istifadəçiləri arasında sorğu keçirib. Vətəndaşlar “veyp”in ziyanları barədə xəbərdar olsalar da, ondan imtina etmək fikrində olmadıqlarını bildiriblər.

“Hər gün çəkirəm. Ziyanlarından xəbərim var. Amma yenə də istifadə edirəm. Çünki tələbəyəm, çox əsəbi oluram”, – deyə elektron siqaret istifadəçisi söyləyib.

Qeyd edək ki, 39 ölkədə “veyp”in istifadəsi qadağan edilib. 82 ölkədə isə yalnız ciddi tənzimləmələr əsasında elektron siqaretin satışına icazə verilir.

Maraqlıdır, bu qədər zərəri olan vasitənin satışı ölkəmizdə də qadağan edilə bilərmi?

“Sərt qadağanedici tədbirlər daha ağır nəticələrə səbəb ola, başqa maddələrin qəbuluna yol aça bilər. Maarifləndirmə işlərinin həyata keçirilməsi daha məqsədəuyğundur”, – deyə millət vəkili Müşfiq Məmmədli bildirib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv