Səmada qalmaqal: Sərnişin yeməyə görə dava saldı, təyyarə hava limanına geri qayıtdı

Səmada qalmaqal: Sərnişin yeməyə görə dava saldı, təyyarə hava limanına geri qayıtdı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Hadisə, #Körpə, #məcburi eniş, #Milan, #Nyu-York, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York şəhərində Con F.Kennedi hava limanından Milana uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarədə qalmaqal baş verib.

Sərnişinlərdən biri yemək səbəbindən dava salıb və təyyarə uçuş etdiyi hava limanına qayıtmaq məcburiyyətində qalıb.

presstvaz-ın xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat verib.

Məlumata görə, hadisə Atlantik Okeanı üzərində, təyyarə artıq bir neçə saat havada olduğu zaman baş verib.

Bildirilib ki, 40 yaşlı kişi sərnişinin qeyri-adekvat davranışına səbəb menyuda arzuladığı yeməyin olmaması olub. Narazı sərnişin stüardessaların üzərinə qışqırıb və körpə uşaqla təcili çıxış qapısının yanında otura bilməyəcəyini deyib. O, daha sonra stüardessalara hücum çəkib və pilotların kabinəsinə soxulmağa çalışıb, bununla da vəziyyət son həddə çatıb.

Göyərtəsində təxminən 300 sərnişinin olduğu təyyarədə aqressiv kişini sakitləşdirmək üçün heç bir aviasiya marşalı olmayıb. Özlərini itirən uçuş bələdçiləri kömək üçün sərnişinlərə müraciət ediblər, aralarında polis və ya hərbçilərin olub-olmadığını soruşublar.

Pilot vəziyyətin ciddiliyini nəzərə alaraq təyyarəni uçuş etdiyi hava limanına qaytarmaq qərarına gəlib. Yerli vaxtla saat 3:30-da məcburi eniş edilib. Sərnişinlər gecəni hava limanında keçirməli olublar və ertəsi gün səhər saat 11-də Milana uça biliblər.

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv