Heydər Məmmədov Argentinada Azərbaycanın mövqeyini uğurla təmsil edib

Heydər Məmmədov Argentinada Azərbaycanın mövqeyini uğurla təmsil edib






presstv

"Presstv"az #Argentina, #Azərbaycan, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #Braziliya, #İlham Əliyev, #Kamran Əliyev, #Keniya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 7-9 aprel tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak edib.

presstvaz xəbər verir ki, iclas çərçivəsində Assosiasiyanın gələcək fəaliyyəti, yeni üzvlərin seçilməsi, Nizamnaməyə dəyişikliklər və qarşıdakı beynəlxalq tədbirlərin təşkili ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Heydər Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Baş prokuroru, BPA-nın vitse-prezidenti Kamran Əliyevin salamlarını çatdırıb, 2023-cü ilin 30 sentyabr – 2 oktyabr tarixlərində Bakıda keçirilmiş 29-cu İllik Konfrans və Ümumi Yığıncağın nəticələrinə dair geniş təqdimatla çıxış edib. O qeyd edib ki, bu konfrans uzun müddət planlaşdırılan və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə uğurla reallaşan beynəlxalq tədbir olub. Baş prokurorun müavini, həmçinin təşkilatçılıqda iştirak edən dövlət qurumlarının və könüllülərin fəaliyyətini yüksək qiymətləndirib.

Səfər çərçivəsində Heydər Məmmədov BPA-nın prezidenti ilə yanaşı Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv