Qazaxıstanla Azərbaycan Xəzərdə hərbi dəniz təlimləri keçirəcək

Qazaxıstanla Azərbaycan Xəzərdə hərbi dəniz təlimləri keçirəcək






presstv

"Presstv"az #Azərbaycan, #Gəmi, #Qazax, #Qazaxıstan, #təyyarə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan və Azərbaycan “Caspian Breeze – 2025” birgə hərbi dəniz təlimləri keçirəcək.

presstvaz xəbər verir ki, bununla bağlı Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər tezliklə Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq.

“Dənizçilər asimmetrik təhlükələrin dəf edilməsi, qəza vəziyyətində olan təyyarə, gəmi və gəmilərə yardımın göstərilməsi, həmçinin dəniz və hava hədəflərində canlı atışlar həyata keçirəcəklər. Təlimlər ölkələrimizin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına və əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş geniş tapşırıqları əhatə edəcək”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, təlimlərə dəniz bazasının sahil bölmələrinin və gəmilərinin şəxsi heyəti cəlb olunacaq. Təlimlər üçün Azərbaycandan iki patrul gəmisi, bir yardımçı gəmi və sahil bölmələri gedəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv