"Real" yeni baş məşqçi ilə anlaşıb

"Real" yeni baş məşqçi ilə anlaşıb






presstv

"Presstv"az #"Real Madrid"

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Arsenal”a 0:3 hesabı ilə uduzan “Real Madrid” oyundan əvvəl yeni baş məşqçi ilə razılıq əldə edibmiş.

presstvaz xəbər verir ki, Karlo Ançelottinin “Kral klubu”ndakı gələcəyi “topçular”a məğlubiyyətdən əvvəl də nazik ip üstündə idi. Bildirilir ki, Madrid təmsilçisi sözügedən Çempionlar Liqası matçından öncə artıq “Bayer”in baş məşqçisi Xabi Alonso ilə anlaşıb:

“Dünən “Arsenal”la oyundan öncə “Real”a yaxın olan mənbə mənə bildirdi ki, Xabi Alonso artıq klubla müqavilə bağlayıb. Bəziləri bunun doğru namizəd olduğunu hesab edirlər”, – deyə jurnalist Pako Qonsales yazıb.

Onun həmkarı Xuanma Kastanyo isə Ançelottinin əvəzinə digər məşqçinin təyin olunacağını qeyd edib: “Madrid klubu ilə əlaqəsi olan və yaxşı informasiyaya malik jurnalist mənə danışdı… İndi klubda vəziyyət gözlənilmədən dəyişib. Ançelotti komanda üzərində nəzarəti itirib. Komandaya Yurqen Klopp gətirilir”. (Offsideplus.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv