Qaradağda itkin düşən 15 yaşlı qızın anası: “Şübhələnirdim, kiminləsə danışırdı”

Qaradağda itkin düşən 15 yaşlı qızın anası: “Şübhələnirdim, kiminləsə danışırdı”






presstv

"Presstv"az #Ailə, #Avto, #Qaradağ rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yaşayan 2009-cu il təvəllüdlü Ruhiyyə Araz qızı Qasımova itkin düşüb.

Anasının sözlərinə görə, qızından 2 gündən çoxdur ki, xəbər ala bilmir:

“Aprelin 5-də səhər saatlarında evdən çörək almaq adı ilə gedib, uşağı götürüblər. 9-cu sinif şagirdidir, imkansızlıqdan məktəbə getmirdi. İki-üç gündür şübhələnirdim, telefonda kiminləsə danışırdı. Soruşanda deyirdi ki, qonşunun qızı ilə, ya da rəfiqəmlə danışıram. Bilirdim ki, həyatında kimsə var. Oğlanın qızımı maşına salıb apardığına dair görüntülər var. Tovuzda avtovağzalda düşüblər, başqa bir maşına miniblər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, axtarış elan olunub. Yeniyetmənin tapılıb ailəsinə verilməsi istiqamətində tədbirlər görülür.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv