Dünyanın ən bahalı şirkəti məlum oldu: “Apple” birinciliyini itirdi

Dünyanın ən bahalı şirkəti məlum oldu: “Apple” birinciliyini itirdi






presstv

"Presstv"az #ABŞ, #Apple, #Çin, #Dollar, #iPhone, #Microsoft, #Müharibə, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Microsoft Corporation” texnologiya nəhəngi əsas rəqibi “Apple Inc.”in səhmlərinin son dörd ticarət sessiyasında 23% düşməsindən sonra dünyanın ən bahalı şirkəti adını özünə qaytarıb.

presstvaz bu barədə “İnterfaks”a istinadən xəbər verir.

8 aprel ticarətinin nəticələrinə görə, “Microsoft”un bazar kapitallaşması 2.64 trilyon dollar təşkil edib, “Apple”ın dəyəri isə 2.59 trilyon dollara düşüb.

Ekspertlər “iPhone” istehsalçısının səhmlərinin kəskin düşməsini investorların ABŞ və Çin arasında ticarət müharibəsinin eskalasiyası ilə bağlı narahatlıqları ilə əlaqələndirirlər.

İsveçrə bankı UBS-in analitikləri proqnozlaşdırırlar ki, “Apple” ÇXR-dən gələn mallara yüksək idxal rüsumlarının tətbiqindən digər şirkətlərə nisbətən daha çox zərər çəkəcək, çünki şirkətin “iPhone” smartfonları da daxil olmaqla məhsullarının əhəmiyyətli hissəsi Çin ərazisində istehsal olunur. Onların hesablamalarına görə, ABŞ-də flaqman “iPhone 16 Pro Max” modelinin qiymətləri 350 dollar arta bilər.

“Microsoft”, əksinə, bizim fikrimizcə, ticarət rüsumlarının yaratdığı qeyri-müəyyənlikdən daha yaxşı qorunan şirkətlər arasındadır”, – deyə “Jefferies” investisiya bankının ekspertləri qeyd edirlər.

Diversifikasiya olunmuş biznes və Çində istehsaldan daha az asılılıq sayəsində “Microsoft” səhmləri geosiyasi gərginlik şəraitində daha böyük dayanıqlılıq nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, “Microsoft” artıq 2024-cü ilin yanvarında, həmçinin 2021-ci ildə dünyanın ən bahalı şirkəti olmuşdu, lakin sonradan liderliyi “Apple”a vermişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv