Polşa klubu Azərbaycan millisinin hücumçusunun maaşını ikiqat artıracaq

Polşa klubu Azərbaycan millisinin hücumçusunun maaşını ikiqat artıracaq






presstv

"Presstv"az #Azərbaycan, #Hatayspor, #Polşa, #Renat Dadaşov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşadan ayrılmayacaq.

presstvaz “Apasport”a istinadən xəbər verir ki, idmançının hazırda çıxış etdiyi “Radomyak” klubu 25 yaşlı forvardla danışıqlara başlayıb və Dadaşovdan ilkin razılıq alınıb.

Halbuki Dadaşova Polşanın digər klubları da təklif göndərib. Lakin Renat minimum daha bir mövsümü “Radomyak”da keçirmək istəyir.

Azərbaycanlı hücumçu hazırkı komandasında qalarsa, illik gəliri daha da artacaq. Belə ki, onun maaşı indikindən 2 dəfə çox olacaq. Müqavilə şərtlərinin daha da yaxşılaşacağının təminatı verildiyi üçün Renat “Radomyak”ı tərk etmək istəmir.

Daha əvvəl “Eştoril”, “Vulverhempton”, “Pasuş de Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” klublarının formasını geyinmiş Renatın “Radomyak”la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Renat Radomye şəhərinin klubunda 5 matçda iki qol vurub və bir assist edə bilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv