Kitabxana əməkdaşları üçün növbəti təlim Gəncədə təşkil olunacaq

Kitabxana əməkdaşları üçün növbəti təlim Gəncədə təşkil olunacaq






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, #Gəncə şəhəri, #informasiya texnologiyaları, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cari ilin 10  aprel tarixində Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yeni tədris modulları əsasında növbəti təlim təşkil olunacaq.

Gəncə şəhəri və ətraf rayonları əhatə edəcək təlim kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və  rəqəmsal resurslardan istifadəsini təmin edəcək. 

Təlimdə "İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi" və "KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi" mövzularında təqdimatlar nəzərdə tutulub.  

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, presstvaz, Azernews.Az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv