Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə maşın aldı

Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə maşın aldı






presstv

"Presstv"az #Avto, #Bakı, #Dollar, #Hyundai, #Məhkum, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 43 yaşlı taksi sürücüsü müştəriyə məxsus 30 min dolları ələ keçirib. Həmin pulla özünə maşın alıb, bir həftə hoteldə qadınlarla əyləncə məclisləri təşkil edib.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, söhbət daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşamış Anar Vəliyevin sonuncu cinayət əməlindən gedir.

Belə ki, Anar Vəliyev Bakıda sərnişin kimi avtomobilinə əyləşən Ülfət adlı şəxsin əşyalarını və nağd pulunu ələ keçirib.

İstintaqla müəyyən edilib ki, Anar müştərinin sərxoş olmasından istifadə edərək onu maşından düşürərək qaçıb. Ülfətin mobil telefonunu, bahalı geyim əşyalarını və paltarların arasında gizlətdiyi 30 min dolları ələ keçirib.

Həmin pulun 21 min manatına özünə “Hyundai” markalı maşın alıb. Bakıda hotellərdən birində 6 günlük otaq kirayələyərək hər gün orada müxtəlif qadınlarla əyləncə məclisləri təşkil edib. Özünə mobil telefon da alıb.

Bundan başqa, Anar Vəliyevin boşandığı xanımına aliment ödəmədiyi üçün də məsuliyyətə cəlb edildiyi məlum olub.

Onun daha bir cinayət əməli də üzə çıxıb. Belə ki, Anar Vəliyev bankomatdan pul çıxaran şəxsi aldadaraq onun 3 min manat vəsaitini ələ keçirib.

Törətdiyi əməllərə görə özünü təqsirli bilən Anar Vəliyev 30 min dollarlıq cinayət əməli barədə danışarkən bunları deyib:

“Sərnişin sərxoş idi. Hara getdiyini bir neçə dəfə soruşdum. Amma demədi. Mən də əsəbiləşib onu “Motodrom” kimi tanınan ərazidə düşürdüm. Dedim ki, gedək bizdə çay içək. Maşından düşən kimi mən də oradan uzaqlaşdım. Məqsədim ondan canımı qurtarmaq idi. Səhər maşına baxanda telefon və paltarların arasındakı pulu gördüm. Ondan sonra pulu xərcləmək qərarına gəldim”.

Məhkəmənin hökmü ilə Anar Vəliyev 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxsə isə sadəcə alınan “Hyundai” markalı avtomobil qaytarılıb. Qalan zərər Anar Vəliyev tərəfindən ödənilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv