Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib






presstv

"Presstv"az #Araz çayı, #Avto, #Azərbaycan, #İlham Əliyev, #İran, #Məsud Pezeşkian, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib.

presstvaz    xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.

Dövlətimizin başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.

Qonaq ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiq xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğulayıb.

Qonaq qeyd edib ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

11:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib.

presstvaz xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv