Aİ-nin ABŞ-nin rüsumlarına nə vaxt cavab verəcəyi AÇIQLANDI

Aİ-nin ABŞ-nin rüsumlarına nə vaxt cavab verəcəyi AÇIQLANDI






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Cənubi Koreya, #Çin, #Fransa, #Hindistan, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqı (Aİ) ABŞ-nin rüsumlarına qarşı cavab tədbirlərini aprelin 9-da təsdiqləyəcək”.

presstvaz TASS-a istinadla xəbər verir ki, bunu ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç deyib.

Onun sözlərinə görə, Aİ-nin cavab tədbirlərinin ilk paketi aprelin 15-də, qalanları isə mayın 15-də qüvvəyə minəcək:

“Avropa Komissiyası danışıqlar yolu ilə həllə hədəflənib, amma ədədi gözləmək niyyətində deyil”.

07 aprel, 22:25

Avropa Komissiyasının ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç Avropa İttifaqı (Aİ) ölkələrinin ticarət nazirləri ilə ABŞ-nin yeni rüsumlarına cavab tədbirlərini müzakirə edəcək.

presstvaz-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə komissarın özü açıqlama verib.

Şefçoviç görüşün ABŞ ilə münasibətlərdə növbəti addımlara həsr olunacağını bildirib.

“Biz müzakirəmizi ABŞ ilə münasibətlərdə növbəti addımımızı necə hazırlamağa, həmçinin ticarətin mümkün yenidən istiqamətləndirilməsinin qarşısını almaq üçün Avropa İttifaqında ticarət sistemimizi necə hazırlamağa yönəldəcəyik “, – deyə o bildirib.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.

Avropa İttifaqı dövlətləri üçün yeni rüsumların həcmi 20%, Çin üçün – 34%, Hindistan üçün – 26%, Cənubi Koreya üçün – 25%, Yaponiya üçün – 24%, Böyük Britaniya üçün – 10% və s. təyin edilib. Ən yüksək rüsumlar Lesoto və Fransanın dənizaşırı ərazisi olan Sen-Pyer və Mikelon (50%), Kamboca (49%), Laos (48%), Madaqaskar (47%), Şri Lanka və Myanma (hər biri 44%) üçün təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv