Bakıda məktəbin ətrafında manyak peyda olub?

Bakıda məktəbin ətrafında manyak peyda olub?






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Sosial şəbəkələr, #Suraxanı rayonu, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 nömrəli məktəbin ətrafında manyak peyda olub.

Valideynlər iddia edirlər ki, həmin şəxs bir neçə gün öncə sözügedən məktəbin içərisinə daxil olub və “mən qazi atasıyam” deyərək direktorla görüşmək istədiyini bildirib. Daha sonra isə içəridə qızlara əxlaqsız hərəkətlər etməyə çalışıb. Həmin şəxs bir neçə gün sonra yenidən məktəbin yaxınlığında şagirdin qarşısını kəsib və ona da əxlaqsız hərəkətlər göstərib.

Məktəblinin valideyni bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub:

“Orta yaşlı bir kişi irəlidə gedirmiş. Kişi də demək olmaz, pedofildir. Övladım deyir ki, əvvəlcə baxıb, heç nə başa düşməyib. İkinci dəfə baxanda artıq anlayıb. Kişi şalvarını aşağı çəkib, uşağa bəzi hərəkətlər edirmiş”.

104 nömrəli məktəbdən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı məktəb rəhbərliyinə valideynlərdə narahatlığa əsas verən konkret faktlar əsasında müraciət daxil olmayıb:

“Məktəbin iki gözətçisi var və təhsil ocağı 24 saat mühafizə olunur. Bundan əlavə, məktəbin daxili və həyətyanı sahəsini müşahidə etmək üçün 32 kamera mövcuddur”.

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, sosial şəbəkədə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

“Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildirib”, – deyə məlumatda qeyd olunur.

Ətraflı Baku TV-nin süjetində:

07 aprel, 16:09

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı məsələyə aydınlıq gəlib.

presstvaz  bildirir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

“Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər”, – deyə L.İsrəfilli qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv