Avropa çempionatının qalibi: “Ən çətin rəqib elə özüməm”

Avropa çempionatının qalibi: “Ən çətin rəqib elə özüməm”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi Günay Qurbanova (59 kq) üçün finala gedən yol asan olmayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, güləşçi bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

G.Qurbanova ikinci dəfə Avropa çempionu adını qazanmasını dəyərləndirib:

“İkinci dəfə Avropa çempionu olduğuma görə çox sevinirəm. Ümid edirəm ki, gələcəkdə yenə medal qazanmaq şansım olacaq. Bura qədər gəlmək asan olmayıb. Məşqçim Toğrul Əsgərova, komandamıza və mənə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Hazırlaşırdılar, dəstək oldular, motivasiya verib təcrübələrini mənimlə bölüşüblər. Hər dəqiqə yanımda olub məni ruhlandırdılar”.

O, final görüşünün bir qədər gərgin keçdiyini deyib: “Final görüşüm bir qədər çətin keçsə də, mənim üçün çətin rəqib yoxdur. Ən çətin rəqib elə özüməm”.

Güləşçi növbəti hədəfi haqqında da danışıb: “Növbəti hədəfim böyüklər arasında Avropa çempionatıdır. Özümü bu yarışda da sınamaq istəyirəm. Qızıl medal qazana biləcəyimə inanıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv