Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransında əhəmiyyətli sənəd qəbul olunub

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransında əhəmiyyətli sənəd qəbul olunub






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #COP29, #Hakim, #Milli Məclis, #Özbəkistan, #Sahibə Qafarova

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin qorunmasında parlamentlərin rolu” mövzusunda IV konfrans keçirilib.

presstvaz xəbər verir ki, konfransın yekununda, ölkəmizin QH-nin sədrlik üçlüyü çərçivəsində hərəkatın prinsipləri, sülh və təhlükəsizlik, habelə dialoqun təşviqində rolunun yüksək qiymətləndirildiyi və özündə bir sıra vacib müddəaları əks etdirən Daşkənd Bəyannaməsi qəbul olunub.

Daşkənd Bəyannaməsində 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “İqlim Birliyi üzrə Bakı paktı” və digər əsas, iqlim dəyişikliyi ilə mübarizəyə ciddi töhfə olan nəticələri alqışlanır.

Həmçinin, bəyannamə müstəmləkə hakimiyyəti altında olan xalqların hüquqlarını dəstəkləmək öhdəliyini təsdiqləyərək, beynəlxalq ictimaiyyəti BMT qətnamələrinə uyğun olaraq müstəmləkəçiliyə son qoymağa çağırır və bu istiqamətdə “Bakı Təşəbbüs Qrupu”nun oynadığı rolu müsbət qiymətləndirir.

Əsas insan hüquqlarından biri kimi qayıdış hüququnun vacibliyini vurğulayan Bəyannamədə Qoşulmama Hərəkatının üzv dövlətlərindəki məcburi qaçqın düşmüş bütün icmaların, o cümlədən “Qərbi Azərbaycan İcması”nın qayıdışının təhlükəsiz, dinc və ləyaqətli şəkildə həyata keçirilməsinə dəstək ifadə olunur.

20-21 noyabr 2023-cü il tarixlərində Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” beynəlxalq konfransında təklif olunan Qoşulmama Hərəkatının qadın platformasının yaradılması təşəbbüsünə dəstək ifadə olunub.

Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin qurumun fəaliyyətində iştirakının genişləndirilməsinin vacibliyini vurğulayan bəyannamədə eyni zamanda, Gənclər Təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib.

Bəyannamədə, həmçinin Milli Məclisin spikeri və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya nümunəvi rəhbərliyinə və şəbəkənin fəaliyyətinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür ifadə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv