“Dərnəgül” elektrik deposunun inşası bərpa olunur

“Dərnəgül” elektrik deposunun inşası bərpa olunur






presstv

"Presstv"az #Avto, #Bakı, #Binəqədi rayonu, #Nəqliyyat, #Torpaq sahəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının “28 May” metro stansiyasında kəsişərək birləşən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsi paytaxtın nəqliyyat sisteminin infrastruktur və mobillik layihələrinin icrası və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

presstvaz xəbər verir ki, layihənin əsas tərkib hissələrindən biri “Dərnəgül” elektrik deposunun inşasıdır.

Elektrik depolarının ən əsas vəzifəsi müstəqil fəaliyyət göstərməli olan xətlərin etibarlı və təhlükəsiz fəaliyyətini təmin etməkdir. Depo hərəkətin təşkili, vaqon parkına xidmət göstərilməsi, qatar tərkiblərinin saz vəziyətdə saxlanması, texniki xidmət və təmirin vaxtında keyfiyyəti icrasını və digər funksiyaları özündə birləşdirir.

Hazırda “qırmızı” və “yaşıl” xətlərin hər ikisinə “Nərimanov” elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir.

“Dərnəgül” elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16.5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır. Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7 mərtəbəli inzibati bina və 2 mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.

Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarı, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.

Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.

Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastruktur yaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.

Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastruktur inşa olunacaq.

Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv