13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır

13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır






presstv

"Presstv"az #Ailə, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Nəzakət Abdullayeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:

“İbrahimin 13 yaşı var. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən vəziyyəti ilə bağlı daim müalicələr və masajlara aparmışıq. Hazırda uşağın vəziyyəti lap ağırlaşıb, qıcolmaları artıb. İbrahim 3 yaşında əməliyyat keçirib, hazırda müalicələr fayda vermədiyi üçün yenidən əməliyyat olunmalıdır. Onun əməliyyatı üçün hazırda 1 000 manatımız çatmır”.

Gənc ana İbrahimdən başqa, üç uşağının olduğunu deyib:

“Bizim İbrahimdən başqa, daha üç uşağımız var. Mən uşağın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə günü 15 manata fəhləlik edir. Hazırda vəziyyətimiz çox ağırdır. Həm xəstə uşaq, həm gündəlik xərcləri qarşılamaq, inanın, o məbləğlə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 271-25-24.

Azərbaycan Beynəlxalq Bankı (ABB): 5522 0993 6891 5054.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv