Parisdə minlərlə insan küçələrə axışdı

Parisdə minlərlə insan küçələrə axışdı






presstv

"Presstv"az #Avto, #Emmanuel Makron, #Fransa, #Hakim, #Paris, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Parisdə “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni dəstəkləmək üçün mitinq keçirilir. Siyasətçiyə hakimiyyət orqanlarına seçilmək qadağan edilib.

presstvaz “RİA Novosti”yə istinadən xəbər verir ki, Voban meydanındakı mitinqdə hər yaşda olan insanlar iştirak edirlər.

Bəzi mitinqçilər Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.

Le Pen təhlükəsizlik qüvvələrinin müşayiəti ilə avtomobildə mitinqə gəlib. Partiyanın rəhbəri Jordan Bardella Le Penə qarşı məhkəmə qərarını demokratiyaya birbaşa hücum və milyonlarla vətənpərvər fransıza vurulan zərbə kimi qiymətləndirib.

Xatırladaq ki, 31 mart tarixində məhkəmə Le Peni parlament köməkçiləri işində günahkar hesab edib. Ona 4 il həbs cəzası verilib (onlardan 2-i şərti olmaqla) və 5 il müddətinə dövlət vəzifələrinə seçilməsi qadağan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv