Aeroport yolundakı ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Aeroport yolundakı ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #avtobus, #Bakı, #Hadisə, #Nəqliyyat, #Sabunçu rayonu, #Təcili Tibbi Yardım, #Xəzər rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aprelin 5-də saat 22:30-da Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olub.

presstvaz bildirir ki, bu barədə   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.

Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, “Saipa” markalı minik avtomobili hava limanı istiqamətində hərəkətdə olan zaman evakuatorla toqquşub.

presstvaz  bildirir ki, bu barədə  Oxu.az-ın sorğusuna cavab olaraq “BakuBus” Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, toqquşma nəticəsində evakuatorun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və mərkəz istiqamətində hərəkətdə olan, “BakuBus” MMC-nin H1 (Hava Limanı Ekspres) marşrut xətti üzrə fəaliyyət göstərən, 99-JH-355 dövlət qeydiyyat nişanlı “Neoplan” markalı avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusun sürücüsü İbrahim Qaziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Avtobusda olan sərnişinlər arasında xəsarət alan yoxdur.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

01:31

Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu Rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

presstvaz APA-ya istinadla xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.

05 aprel, 23:49

Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.

05 aprel, 23:37

Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz xəbər verir ki, evakuator aeroporta gedən ekspres avtobusuna çırpılıb.

Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv