Bayraktar: “Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır”

Bayraktar: “Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır”






presstv

"Presstv"az #Alparslan Bayraktar, #Anadolu, #Avropa, #Azərbaycan, #Bakı, #Gürcüstan, #İlham Əliyev, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dünya miqyaslı layihə olan Cənub Qaz Dəhlizi Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində həyata keçib”.

presstvaz xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu” agentliyinə deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Türkiyə və Avropanın tədarük təhlükəsizliyinə xidmət edən çox vacib layihəyə çevrilib.

A.Bayraktar diqqətə çatdırıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır:

“Başda bərpaolunan enerji olmaqla, Azərbaycanda və əslində bu coğrafiyada istehsal ediləcək elektrik enerjisinin Gürcüstan və Naxçıvandan Türkiyəyə nəqli üzərində iş aparılır. Bunu Avropa bazarları ilə də birləşdirmək istəyirik”.

Xatırladaq ki, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Türkiyəli nazir sözügedən iclaslarda iştirak edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv