Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı hərəkət iştirakçılarına müraciəti






presstv

"Presstv"az #Ailə, #Mobil telefon, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu ilə bağlı sürücülərə müraciət edib.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin BDYPİ məlumat yayıb.

Bildirilib ki, həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır.

BDYPİ vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırıb:

“Sürücülərin diqqətinə çatdırılır:

– nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın;

– sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun;

– piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin;

– sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə yol verməyin.

Piyadalara xatırlatma:

– yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin;

– mobil telefondan və qulaqlıqlardan istifadə etməkdən çəkinin;

– yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.

Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur.

BDYPİ hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv