Xronika: “Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq”

Xronika: “Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq”






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Azərbaycan, #Bakı, #Deportasiya, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #Novruz bayramı, #Orta məktəb, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

presstvaz xəbər verir ki, “Beş yaşım vardı, erməni nefti başıma töküb məni yandırmaq istəyirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qaraiman kənd sakini Səbuhi Şamoyevin həyat hekayəsinə həsr olunub.

O, 1971-ci ildə doğulduğunu, ailədə altı qardaş, bir bacı olduqlarını, orta məktəb illərində oynadıqları oyunları, Novruz bayramı ənənələrini xatırladıb, Şahdağ silsiləsinin ətəyində yerləşən kəndin gözəl təbiətindən, tayfa, məhəllə, dağ, bulaq və təsərrüfatından söz açıb, uşaq vaxtı valideynlərə kömək etdiklərini deyib.

Onun sözlərinə görə, uşaq vaxtı erməni alçaqlığının şahidi olub: “Mənim 5 yaşım var idi. Kəndə neft gətirib satan bir erməni onu başıma töküb məni yandırmaq istəyirdi. Qonşunu və anamı görəndə maşına minib qaçdı. Ermənilər o vaxt bizə belə alçaqlıqlar edirdilər. Ermənilər hələ 1918-ci ildə Göyçədə böyük qətliamlar törədib, insanları aldadıb bir yerə yığıb yandırıblar. 1918-ci ildə bizim kəndli Məşədi İsa və Zod kəndinin ağsaqqalı Səməndağa ilə birlikdə camaatı incidən Andranikin generalı Silikovu zərərsizləşdiriblər. Bizim rayonda erməni olmayıb. Onlar 1918-ci ildən sonra gəliblər. Qaraimanda bütün yer adları, yurd adları, qəbiristanlıqlar – hamısı orada yaşayan yerli əhalinin adı ilə bağlıdır. Albanların qəbiristanlığı, III-V əsrə aid kilsə, Ocaqtəpəsi piri var idi. Göyçənin bütün kəndlərindən ora ziyarətə gəlirdilər”.

Qaraiman kənd sakini deportasiya həyatından da söz açıb: “1988-ci ildən başlayaraq rayona gedənləri ermənilər təhqir edirdilər. Hadisələr baş verəndə bizim kənddə iki yerdə post qurulmuşdu, maşınları yoxlayırdıq. O vaxt rayonun erməni birinci katibi kəndlərə gedib məlumat yayırdı ki, çıxın gedin, getməsəniz, sizin üçün çox pis olacaq. Bundan sonra kənddən köç başladı. Bizim ailə kənddən ən sonda çıxdı. 1989-cu il fevralın 15-də qarlı havada bizi gətirib Gəncədə yerləşdirdilər. Bir aydan sonra Bakıya köçdük”.

S.Şamoyev sonda bildirib ki, oradan gələndə 17 yaşım var idi, hazırda 54 yaşım var: “Nə yuxu görürəmsə, öz kəndimizdə görürəm. Biz nə vaxtsa öz kəndimizə, elimizə, obamıza qayıdacağıq. Çünki ora erməni torpağı deyil, bizim vətənimizdir. O torpaq bizim əcdadlarımızın, babalarımızın torpağıdır. Biz ora mütləq qayıdacaq, bulaqlardan yenə su içəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv