Futbol üzrə dünya çempionu karyerasını bitirir

Futbol üzrə dünya çempionu karyerasını bitirir






presstv

"Presstv"az #Almaniya, #Bavariya, #Braziliya, #Futbol, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın “Roma” futbol klubunun müdafiəçisi, almaniyalı Mats Hummels mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

presstvaz xəbər verir ki, futbolçu bunu “X” sosial şəbəkəsində bildirib.

“Bu anda emosiyalarımla mübarizə aparıram. Hər futbolçunun qarşılaşacağı an gəlir. Futbolda 18 il keçirdikdən və bu idman növünün mənə verdiyi hər şeydən sonra karyeramı bitirirəm. Qələbə matçlarının videolarını gördükdə başa düşürəm ki, bu səyahət, bütün bu yol mənim üçün çox şey deməkdir. Yaşadıqlarımın nə qədər fövqəladə olduğunu anlayıram”, – deyə Hummels hislərini ifadə edib.

36 yaşlı Hummels 2024-cü ilin yayında Dortmunt “Borussiya”sından “Roma”ya transfer olub. Bu mövsüm müdafiəçi 18 oyun keçirib və 1 qol vurub.

2016-2019-cu illərdə “Bavariya”da oynayan futbolçu Münhen klubunun yetirməsidir. Hummels Almaniya çempionatı və Superkubokunda 6 dəfə, ölkə kubokunda isə 3 dəfə qalib olub. O, Almaniya milli komandasının heyətində 78 oyun keçirib və 5 qol vurub, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv