Tarixin gizlətdiyi həqiqət: Ermənistandakı türk qalasının GÖRÜNTÜLƏRİ

Tarixin gizlətdiyi həqiqət: Ermənistandakı türk qalasının GÖRÜNTÜLƏRİ






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aşağı Talin qalası Qərbi Azərbaycanın Araqatsion bölgəsində Daştadem kəndinin (Aşağı Talin) cənub tərəfində yerləşir.

Ehtimallara görə, qala X-XII əsrlərdə oğuz-türk təməli üzərində Səlcuqilər tərəfindən inşa olunub.

Qalanın qədim istehkam quruluşu, sonrakı əsrlərdə mühafizə divarları bürclərlə möhkəmləndirilib, daha sonrakı tarixi dövrlərdə isə qalanın ərazisi ikiqat qala divarı ilə əhatə olunub.

Talin qalası tarix boyunca müxtəlif dövrlərdə təmir və bərpa edilib. Lakin 1960-cı ildə ermənilər tərəfindən “bərpa quruculuq” adı altında abidənin çoxsaylı yazı və elementləri məhv edilib. Qalanın divarlarında mövcud olan bədii daş nümunələri, onun haqqında yazılı mənbələr, eləcə də bəzi istehkamlar, məscid və qala kompleksinin tikilmə tarixi haqqında bütün məlumatlar, rəmzlər və digər memarlıq elementləri ermənilər tərəfindən “bərpa və quruculuq” işləri adı ilə aparılan təmir zamanı silinib, dağıdılıb və yox edilib.

1989-1990-cı illərdə qala divarının şimal hissəsində qazıntı işləri aparılıb, nəticədə qalada ermənilərə aid heç bir dəlil aşkarlanmayıb. Bunun davamı olaraq 2005-2007-ci illərdə Ermənistan hökumətinin dəvəti ilə əraziyə gələn, Milan Erməni Mədəniyyətinin Tədqiqat və Bərpa Mərkəzinin əməkdaşlarının iştirakı ilə qala divarının əsas tağlı girişinin daxili tərəfində qazıntılar aparılsa da, nəticəsiz oldu, erməni mədəni irsinə aid heç bir dəlil tapılmadı. 2011-2012-ci və 2015-ci illərdə qalanın qərb və cənub-qərb hissələrində Ermənistanın “Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti və Tarix-Mədəniyyət Muzey-Qoruqları” adlı təşkilat tərəfindən yenə nəticəsiz qazıntı işləri aparıldı. Erməni mədəni-irsinə aid yenə də heç nə tapılmadı.

presstvaz AzTV tərəfindən əldə edilmiş gizli çəkilişləri təqdim edir:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv