Moskva milyarderlərin sayına görə ikinci yerə yüksəldi: Ölkənin ən zəngini Vahid Ələkbərovdur

Moskva milyarderlərin sayına görə ikinci yerə yüksəldi: Ölkənin ən zəngini Vahid Ələkbərovdur






presstv

"Presstv"az #Dollar, #Honkonq, #London, #Los-Anceles, #Lukoil, #milyarderlər, #Nyu-York, #Rusiya, #Şanxay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya paytaxtı dünyada yaşayan milyarderlərin sayına görə ikinci yerə yüksəlib.

presstvaz-ın verdiyi məlumata görə, reytinq “Forbes” jurnalının rəsmi saytında dərc edilib.

Məlumata görə, hazırda Moskvada 90 milyarder yaşayır. Onların sayı il ərzində 16 nəfər artıb. Onların ümumi sərvəti 409 milyard dollar dəyərində qiymətləndirilib.

Rusiyalı biznesmenlər arasında lider, sərvəti il ərzində 28.7 milyard dollara qədər artan “LUKOIL”un təsisçisi Vahid Ələkbərov olaraq qalır.

Siyahıda birinci yerdə Nyu-York qərarlaşıb. Şəhərdə 123 milyarder var, il ərzində onların sayı 13 nəfər artıb. Nyu-Yorkun keçmiş meri, biznesmen və xeyriyyəçi Maykl Blumberq şəhərin ən varlı sakinidir, onun sərvəti 105 milyard dollar təşkil edir.

Liderlərin üçlüyünü 72 milyarderlə Honkonq tamamlayır. Şəhərdə onların sayı il ərzində iki nəfər azalıb.

Dördüncü yerdə London, beşinci yerdə Pekin, altıncı yerdə Mumbay, yeddinci yerdə isə Sinqapur qərarlaşıb.

Şanxay və San-Fransisko səkkiz və doqquzuncu sıranı bölüşürlər, 10-cu sətirdə isə Los-Anceles yer alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv