Tramp Maskın ABŞ hökumətində nə qədər işləyəcəyini açıqladı

Tramp Maskın ABŞ hökumətində nə qədər işləyəcəyini açıqladı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Fırıldaqçılıq, #İlon Mask, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən tanınmış sahibkar və innovator İlon Mask daha bir neçə ay Vaşinqton administrasiyası ilə əməkdaşlığı davam etdirəcək.

presstvaz xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“İlon müəyyən müddət qalacaq. Düşünürəm ki, bir neçə ay… Nə qədər istəyir, o qədər. Ağıllı insanları sevirəm və mən İlonun mümkün qədər uzun müddət qalmasını istərdim. Amma elə bir məqam gələcək ki, o, getməli və tamamilə işinə qayıtmalı olacaq”, – deyə Tramp Maskın DOGE-dəki fəaliyyəti ilə bağlı suala cavab verib.

ABŞ Prezidenti İlon Maskın və onun rəhbərlik etdiyi departamentin hökumətdə fırıldaqçılıq və vəsaitlərdən sui-istifadə hallarının aşkar edilməsində fəaliyyətini yüksək qiymətləndirib.

“O, əla iş gördü”, – deyə Tramp vurğulayıb.

Maskın gedişindən sonra DOGE-nin rəhbərliyi dəyişəcək, lakin agentlik əvvəlki kimi fəaliyyətini davam etdirəcək.

Donald Tramp, həmçinin gələcəkdə Maskın başqa vəzifəyə təyin edilməsinin mümkün olduğunu da qeyd edib.

“Mən bunu edərdim. O, əladır. Amma onun idarə etməli olduğu şirkətləri də var”, – deyə Ağ Evin rəhbəri bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv