“ASAN xidmət”in “Publik data portalı” və süni intellekt həlləri təqdim olunub

“ASAN xidmət”in “Publik data portalı” və süni intellekt həlləri təqdim olunub






presstv

"Presstv"az #ASAN müraciət, #ASAN xidmət, #Azərbaycan, #Süni intellekt, #Təhsil, #Ülvi Mehdiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Publik data portalı”nın təqdimatı və “Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə” mövzusunda panel müzakirələr keçirilib.

presstvaz xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının və texnoloji şirkətlərin, ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb, “ASAN xidmət”in bu istiqamətdə gördüyü işlərdən danışıb. Həmçinin müvafiq istiqamətdə qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt həllərinin vacibliyi diqqətə çatdırılıb.

Portalın məqsədi agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətində vətəndaş iştirakçılığının təşviqi, eləcə də bu çərçivədə hesabatlılığın təminidir.

Sözügedən portal “ASAN xidmət”in müxtəlif istiqamətlərdə, o cümlədən beynəlxalq sferadakı fəaliyyəti, Dövlət Xidmətlərinin Elektron Reyestri, “ASAN Viza”, “ASAN ödəniş” “ASAN müraciət” sistemləri, “YAŞAT” Fondu ilə bağlı məlumatları əhatə edir.

Tədqiqatçılar və biznes iştirakçıları təqdim olunan datalardan istifadə etməklə fərqli çağırışlara yönəlik yeni innovativ həllər irəli sürə bilərlər.

Tədbirin yekununda isə “Data əsaslı qərarvermə: mif, yoxsa reallıq?” mövzusunda panel müzakirələr baş tutub. Müzakirələrdə dövlət qurumlarının süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələri bölüşülüb.

Daha çox foto burada: PhotoStock.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv