Pomidor şirəsinin əvəzsiz faydası açıqlandı

Pomidor şirəsinin əvəzsiz faydası açıqlandı






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #Həkim, #Pomidor şirəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Duzlu olmayan pomidor şirəsində olan likopin ASLP, yəni “pis xolesterin” adlanan maddənin istehsalını azaldır”.

presstvaz-ın “Daily Mail”ə istinadla verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin kardioloqu Ranca Sinqh bildirib.

Həkim ASLP-nin (aşağı sıxlıqlı lipoproteinlər) orqanizmdə xolesterini daşıyan molekul növü olduğunu izah edib.

“Mülayim miqdarda xolesterin normal həzm prosesi, həmçinin D vitamini və hormonların istehsalı üçün lazımdır. Lakin ASLP formasında xolesterin artıqlığı qan axınının keyfiyyətini pisləşdirərək damar divarında ərplərin yaranmasına səbəb olur. Aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaltmağa liflərlə zəngin məhsullar – tərəvəzlər, meyvələr, giləmeyvələr və taxıllar kömək edir. Bəzi içkilər, məsələn, pomidor şirəsi də bu xüsusiyyətə malikdir”, – deyə mütəxəssis bildirib.

Doktor Sinqh dəqiqləşdirib ki, pomidor şirəsinin faydalı xüsusiyyətləri yüksək likopin tərkibi ilə bağlıdır:

“Bu bitki piqmenti antioksidant kimi işləyir, yəni sağlam hüceyrələrin zədələnməsinin qarşısını alır. Araşdırmalar göstərib ki, likopin qanda normal xolesterin səviyyəsini bərpa etməyə kömək edir, ürəyin işemik xəstəliyi riskini azaldır və ateroskleroz, insult və miokard infarktının qarşısını alır”.

Kardioloq sonda qeyd edib ki, qoruyucu effekt əldə etmək üçün duzsuz şirə seçmək lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv