22 yaşlı qadın övladına xəsarət yetirməyə cəhd edib: Məktəbdə baş verən hadisənin TƏFƏRRÜATI

22 yaşlı qadın övladına xəsarət yetirməyə cəhd edib: Məktəbdə baş verən hadisənin TƏFƏRRÜATI






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bıçaqlanma hadisəsi, #Goranboy Rayon Polis Şöbəsi, #Goranboy rayonu, #Hadisə, #Orta məktəb, #Psixoloq, #Təcili Tibbi Yardım, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Goranboyda məktəbdə baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, ikinci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib.

Sinif rəhbəri isə şagirdi qorumaq istəyərkən xəsarət alıb.

Baş verənlərlə bağlı şübhəli şəxs Əfsanə Rzayevanın qayınanasının sözlərinə görə, gəlininin səhhətində problemlər olub:

“22 yaşındadır, üç övladı var. 5 dəfə narkoz alıb. Başı travma alıb. Bir kurs müalicə etdik, bir az düzəlmişdi. Yoldaşı ilə mən işdə idik, dedilər ki, başı pozulub. Anası ilə birgə Gəncə Xəstəxanasına apardıq. Müalicə olunacaq”.

Ətraflı süjetdə:

03 aprel, 17:11

Goranboyda məktəbdə baş verən bıçaqlı insidentin təfərrüatı məlum olub.

presstvaz  bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

“Aprelin 3-ü Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib. İkinci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib”, – deyə məlumatda qeyd olunub.

16:00

Goranboyda məktəbdə bıçaqlı insident baş verib.

presstvaz xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan qadın valideynin bıçaqla məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib.

Hadisəni törətməkdə şübhəli 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, Ə.Rzayevanın psixoloji problemləri var. O, Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv