Netanyahu Orbanı dəstəklədi: “Siz cəsarətli mövqe nümayiş etdirdiniz”

Netanyahu Orbanı dəstəklədi: “Siz cəsarətli mövqe nümayiş etdirdiniz”






presstv

"Presstv"az #Ailə, #Benyamin Netanyahu, #Beynəlxalq Cinayət Məhkəməsi (BCM), #Hakim, #İsrail, #Macarıstan, #Mətbuat konfransı, #Müharibə, #Viktor Orban

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin baş naziri Benyamin Netanyahu macar həmkarı Viktor Orbana Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığa son qoymaq üçün cəsarətli qərarına görə təşəkkür edib.

presstvaz xəbər verir ki, liderlərin Budapeşt görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Netanyahu BCM-i İsrailə qarşı qərəzlilik edən korrupsioner təşkilat adlandırıb.

“Təşəkkür edirəm, Viktor! Siz indicə BCM ilə bağlı cəsarətli və prinsipial mövqe nümayiş etdirdiniz. Bu, təkcə bizim üçün deyil, bütün demokratik ölkələr üçün vacibdir. Dəhşətli terror təhdidləri qarşısında varlığı uğrunda mübarizə aparan demokratik dövləti terrorçularla eyniləşdirən bu korrupsioner təşkilata qarşı çıxmalıyıq”, – deyə İsrailin baş naziri vurğulayıb.

Onun fikrincə, BCM əsl cinayətkarları cəzalandırmaq əvəzinə ədalətli vasitələrlə ədalətli müharibə aparan İsraili ədalətsiz şəkildə mühakimə edir.

Netanyahu hesab edir ki, Budapeştin qərarı bütün sivilizasiya üçün vacibdir, çünki İsrail barbarlıqla üzləşir.

“Siz bu korrupsiya və tənəzzüldən qurtulan ilk dövlətsiniz və deyim ki, sonuncu deyilsiniz. Düşünürəm ki, bu, təkcə İsraildə deyil, dünyanın bir çox başqa ölkələrində də yüksək qiymətləndiriləcək”, – deyə o əlavə edib.

Xatırladaq ki, Macarıstanın baş nazirinin aparat rəhbəri Qergey Quyaş hökumətin bu məhkəmə orqanının həddindən artıq siyasiləşməsi səbəbindən BCM ilə əməkdaşlığı dayandırmaq qərarını açıqlayıb. Onun sözlərinə görə, BCM ilkin məqsədindən kənara çıxıb və məhkəmədən siyasi instituta çevrilib ki, burada siyasət məhkəmə sistemini əvəz edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv