Maduronun hansı şəraitdə CƏZA ÇƏKDİYİ AÇIQLANDI

Maduronun hansı şəraitdə CƏZA ÇƏKDİYİ AÇIQLANDI






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuelanın sabiq lideri Nikolas Maduro ABŞ-nin Bruklin həbsxanasında təxminən 6 kvadratmetr ölçüdə dar təcridxanaya yerləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb.

Bildirilib ki, rəsmi olaraq bu cür kameralar bir neçə məqsədə xidmət edir: intizam təcridi, intiharların qarşısının alınması, xüsusilə təhlükəli və ya risk qrupunda olan məhkumların qorunması.

“Sözügedən təcridxana demək olar ki, daimi təcrid şəraitində saxlanma deməkdir. Kamera təxminən üç metr uzunluğunda və iki metr enində dar bir məkandır, metal çarpayı, tualet, lavabo (tualet və ya mətbəxlərdə əl-üz yumaq üçün santexnika qurğusu) və çox az təbii işıq buraxan dar pəncərə ilə təchiz olunub”, – deyə nəşr bildirib.

Məlumata görə, məhkumlara həftədə üç dəfə qandallı və iki mühafizəçi müşayiəti ilə bir saat müddətinə çölə çıxmağa icazə verilir.

Bu müddət ərzində onlar duş ala, telefondan istifadə edə, nəzarət altında elektron poçtu yoxlaya və ya hasarlanmış kiçik həyətə çıxa bilərlər.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv