Qusarda məktəb direktoru kafedə yeyib-içdi, dava saldı

Qusarda məktəb direktoru kafedə yeyib-içdi, dava saldı






presstv

"Presstv"az #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Orta məktəb, #Qusar rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qusar rayonunun Cibir kənd tam orta məktəbinin direktoru Dair Məcidov kafedə dava salıb.

presstvaz Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

O, tanışı ilə birlikdə Qusar şəhərində yerləşən kafelərdən birində yemək yeyib, spirtli içki qəbul edib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib.

Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Məktəb direktoru və tanışı saxlanılıblar.

Davada iştirak edən şəxs Dair Məcidovun onu söyüb təhqir etdiyini və vurduğunu bildirib.

Hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib olunub və Qusar Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə inzibati xəta haqqında işə xitam verilib və direktor D.Məcidov sərbəst buraxılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv