Toyundan 8 ay sonra şəhid olan Elvin Qayıbovun atası DANIŞDI: “Zənglə danışarkən bizə bildirmirdi”

Toyundan 8 ay sonra şəhid olan Elvin Qayıbovun atası DANIŞDI: “Zənglə danışarkən bizə bildirmirdi”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Müharibə, #Sərəncam, #Xaçmaz rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Televiziyada Aprel döyüşlərinin başladığını görürdük, amma zənglə danışarkən bizə bildirmirdi”.

Bu sözləri Baku TV-yə müsahibəsində Aprel döyüşlərində şəhid olan Elvin Qayıbovun atası Sədrəddin Qayıbov deyib.

“Toyundan 8 ay sonra şəhid oldu. İki bacının bir qardaşı olub. Bizə deyərdi ki, məndən narahat olmayın. Elvinin yoldaşları tez-tez gəlirlər. Deyirdilər ki, biz onun hörmətini ömür boyu itirmərik”.

Qeyd edək ki, Elvin Qayıbov 1989-cu ilin 26 dekabr günündə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Çavuş Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salınıb.

Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv