Ayaqdakı ağrıların əsas səbəbi açıqlandı -Ayaq uyuşmasının NƏTİCƏSİ

Ayaqdakı ağrıların əsas səbəbi açıqlandı -Ayaq uyuşmasının NƏTİCƏSİ






presstv

"Presstv"az #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ayaq ağrısı və aşağı ətrafların vəziyyətindəki dəyişikliklər bəzən nəzərə alınmayan, amma ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

presstvaz xəbər verir ki, həkimlərin sözlərinə görə, yüksək səviyyədə olan LDL (aşağı sıxlıqlı lipoprotein və ya “pis” xolesterin) damarların daralmasına və qan dövranının pozulmasına səbəb olur. Bu vəziyyət xüsusilə arteriyalar daralmağa başladığı zaman ilk növbədə ayaq əzələlərini təsir edir. Bu, ayaqlarda ağrılar, yorğunluq və narahatlıq hissi ilə özünü göstərə bilər.

Lakin problem yalnız ayaq ağrıları ilə bitmir. Ayaqlarda uyuşma və ya solğunlaşma, xüsusilə də toxunduqda ayaqların soyuq hiss olunması bu kimi simptomlar arteriyalarla bağlı problemlərin ortaya çıxdığının xəbərdarıdır. Bu əlamətlər bədənin qan dövranında yaranan narahatlıqların əlamətləri ola bilər. Əgər bu cür dəyişikliklər davam edərsə, qan dövranının ciddi şəkildə pozulması və bununla bağlı daha böyük sağlamlıq problemləri meydana gələ bilər.

 

Həkimlər bu əlamətləri yaşayan şəxslərə dərhal tibbi müayinədən keçmələrini və müvafiq müalicə almağa başlamalarını tövsiyə edir. Çünki qan dövranı pozğunluqları, xüsusilə də arteriyalar daraldıqda ürək-damar xəstəlikləri və digər ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu cür simptomların vaxtında aşkarlanması və müalicəsi daha ağır nəticələrin qarşısını almağa kömək edə bilər. Bədənimizin verdiyi bu siqnalları diqqətlə izləmək sağlamlığımızı qorumaq üçün çox vacibdir. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv