İlham Əliyev Lü Tzyançaonu qəbul edib

İlham Əliyev Lü Tzyançaonu qəbul edib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Çin, #Çin Xalq Respublikası, #İlham Əliyev, #Nəqliyyat, #Orta Dəhliz, #Si Cinpin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.

presstvaz   xəbər verir ki, dövlətimizin başçısı Lü Tzyançaonun səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.

Azərbaycan Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirib, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayıb.

Lü Tzyançao dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu deyərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Bakıda şahidi olduğu inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

15:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.

presstvaz  bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv