MŞ: “Azərbaycanın televiziya məkanında teleaparıcıların ümumi normaları pozması halları artıb”

MŞ: “Azərbaycanın televiziya məkanında teleaparıcıların ümumi normaları pozması halları artıb”






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #kanalda, #Mətbuat Şurası, #Teleaparıcı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sön dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb. “Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir”.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, şuranın Etika Komissiyası “Kanal S” kanalında baş verənlərə münasibət bildirib.

“Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağırılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır.

Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.

Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Komissiya, həmçinin ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam normalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv