Rusiyada həkimlər ağciyərində metal zınqırov olan kişini xilas ediblər

Rusiyada həkimlər ağciyərində metal zınqırov olan kişini xilas ediblər






presstv

"Presstv"az #Həkim, #Rusiya, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Yekaterinburq şəhərində 40 yaşlı kişinin ağciyərindən üzərində oyma olan metal zınqırov çıxarılıb.

presstvaz-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstə vaxtaşırı boğulma tutmaları şikayəti ilə tibb müəssisəsinə yerləşdirilib. Həkimlər müəyyən ediblər ki, kişinin aralıq bronxunda yad cisim var. Bunun təxminən iki-üç santimetr ölçüsündə zınqırov olduğu ortaya çıxıb. Həmçinin zınqırovun üzərində “1975” rəqəmləri yazılmış oyma da olub. Lakin cismin ağciyərə necə düşdüyü açıqlanmayıb.

Həkimlər uzun müddət xüsusi qarmaq vasitəsilə zınqırovu çıxarmağa çalışsalar da, o, sürüşdüyü üçün buna nail ola bilməyiblər. Nəhayət, səbr və əzmkarlıq sayəsində həkimlər yad cismi çıxara biliblər.

Həmin şəxsin özünü yaxşı hiss etdiyi bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv