Azərbaycanda yalnız eşşəklər deyil, atlar da azalır – RƏQƏMLƏR

Azərbaycanda yalnız eşşəklər deyil, atlar da azalır – RƏQƏMLƏR






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Dövlət Statistika Komitəsi, #Qazax, #Quba, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda atların sayında azalma müşahidə edilib.

presstvaz xəbər verir ki, modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlində ölkəmizdə 49442 baş at olub.

Bu göstərici 2023-cü illə müqayisədə 3600 baş azdır. Yəni, bir ildə Azərbaycanda atların sayı təxminən 7 faiz azalıb.

2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6876 baş at qeydə alınıb, baxmayaraq ki, bu rəqəm ötən illə müqayisədə 7,7% azalıb. Ən çox atın olduğu rayon da bu bölgədədir. Belə ki, Zaqatala 3268 baş atla ölkədə birinci yerdədir.

Atların ən çox olduğu digər rayonlar Quba (2568), Cəlilabad (2082), Laçın (1589), Saatlıdır (1578)

Paytaxt Bakıda isə atların sayında cüzi artım olub. 2023-cü ildə Bakıda 153, növbəti il 157 olub.

Digər iqtisadi rayonlarda vəziyyət aşağıdakı kimidir:

Qarabağ iqtisadi rayonu – 4764-dən 4176-ya düşüb (-12%).

Gəncə-Daşkəsən iqtisadi rayonu – 3217-dən 3038-ə düşüb (-5.5%).

Qazax-Tovuz iqtisadi rayonu – 5253-dən 4732-yə düşüb (-10%).

Quba-Xaçmaz iqtisadi rayonu – 6410-dan 5673-ə düşüb (-11.5%).

Şəki-Zaqatala iqtisadi rayonu – 7453-dən 6876-ya düşüb (-8%).

Şərqi Zəngəzur iqtisadi rayonu – 2930-dan 2728-ə düşüb (-6.9%).

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda eşşəklərin sayının azaldığı barədə xəbər dərc edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv