Azərbaycanın paytaxtı dəyişəcək? – açıqlama

Azərbaycanın paytaxtı dəyişəcək? – açıqlama






presstv

"Presstv"az #Almatı, #Astana, #Azərbaycan, #Dollar, #Ermənistan, #İndoneziya, #İran, #Misir, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar ölkəmizdə paytaxtın köçürülməsilə bağlı müxtəlif təkliflər səsləndirilməkdədir. Hətta alternativ kimi işğaldan azad edilmiş ərazilərdəki şəhərlər də təklif edilir. Bu isə cəmiyyətdə müzakirə obyektinə çevrilib.

Bəs paytaxt köçürülə bilərmi?

presstvaz xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov paytaxtın köçürülməsi və yeni şəhərin qurulmasının inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir proses olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil:

 

“Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə  bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil”.

E.Əmirov qeyd edib ki, bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar, lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olsun. Ekspert buna səbəb kimi dünya təcrübəsində paytaxtların potensial təhlükədən daha uzaq salındığını göstərib. (Sfera.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv