Evini təmir etdirmək istəyənlərə vacib xəbər – Bu hallarda qadağandır

Evini təmir etdirmək istəyənlərə vacib xəbər – Bu hallarda qadağandır






presstv

"Presstv"az #Azərbaycan, #Təmir işləri, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri böyük səs-küy narahatlığa və əsəb gərginliyinə səbəb olur. Əslində, bu məsələ kifayət qədər qlobaldır. Dünyanın bir çox ölkələrində də təmir işlərindən narazı olan, mübahisələr yaşayan sakinlər var. Ona görə də həmin ölkələr yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qanunlar müəyyənləşdiriblər.

Bəs bizdə bu problem necə həll edilir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, vətəndaşların bu məsələdə hüquqları olduğu kimi vəzifələri də var:

“Hər bir vətəndaş öz mülkiyyətində təmir aparmaq, dəyişikliklər etmək hüququna malikdir. Lakin bunu edərkən, qonşu, yaxın və ətraf mühitin təhlükəsizliyi, asayişin qorunması birbaşa vətəndaşın vəzifəsidir. Yəni hüquqlarla bərabər, vəzifələr də mövcuddur. Bu baxımdan, əgər hər hansı bir təmir işini şirkətlər aparırsa, o zaman Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyinə nəzarət qurumu tikinti və təmir işlərinin təhlükəsizliyinə cavabdehdir. Bu məsələdə bir çox hallarda inzibati məsuliyyət nəzərdə tutulur”.

 

Vüqar Oruc qeyd edib ki, binaların idarəsi ilə məşğul olan qurumların daxili əsasnaməsi əsasında təmir və tikinti işlərinin icrası tənzimlənir:

“Əgər vahid bir bina daxilində təmir işləri aparılırsa, həmin binada münasibətləri və hüququ tənzimlənməyən təşkilatlar var. Məlum olduğu kimi, MTK binanı tiktikdən sonra idarəetmə hüququnu müvafiq MMC-lərə verir. Həmin MMC-lər binanın idarəsini təşkil edir. Yaxud bu iş üçün sakinlərin özləri qurum yaradırlar. Həmin qurumların əsasnaməsində məhz hər bir bina sakininin hüquqlarının qorunması, asayişin təmin olunması, öz mənzilində yaşayış üçün lazım olan bütün şərtlərin ödənilməsi öhdəlikləri mövcuddur. Əgər həmin öhdəliklər pozulursa, müvafiq qaydada ilk növbədə xəbərdarlıq olunur. Daha sonra isə digər hüquqi vasitələrə əl atılır ki, şikayət edən tərəfin hüquqları təmin olunsun. Adətən səhər saatlarında təmir işlərinin aparılması qadağan olunur. Gün boyu isə təmir işlərinin aparılması mümkündür. Bunu təbii ki, binanın komendantı və müvafiq strukturlar təmin edir. Təmirin yalnız icazə verilən saatlarda aparılmasını tövsiyə edirlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv