Tramp: “Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib”

Tramp: “Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #dənizdə, #Donald Tramp, #Hadisə, #Jurnalistlər, #Kiyev, #Münaqişə, #Qara dəniz, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Həftəsonu Ukrayna böhranının nizamlanması prosesində böyük irəliləyiş əldə edilib”.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin jurnalistləri ilə söhbəti zamanı deyib.

“Biz bu həftəsonunu yaxşı keçirdik. Çox maraqlı hadisələr baş verdi və düşünürəm ki, biz Ukrayna və Rusiya ilə bağlı böyük irəliləyiş əldə etdik”, – deyə o bildirib.

“Münaqişələr həmişə var, lakin mən düşünürəm ki, biz bunlara son qoyulması ilə bağlı əhəmiyyətli irəliləyişlərə nail oluruq. Bu, addım-addım baş verir. Liderlər arasında güclü nifrət var, amma düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik”, – deyə Donald Tramp qeyd edib.

Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon vasitəsilə Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin Mətbuat Xidmətinin bildirdiyi kimi, Putin ABŞ liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb.

Ağ Evin məlumatına əsasən, tərəflər, həmçinin Qara dənizdə atəşkəs, tam şəkildə atəşkəs və daimi sülhün tətbiqi ilə bağlı texniki danışıqlara başlamaq barədə də razılığa gəliblər.

“Münaqişənin həlli üzrə əsas şərt Kiyevə xarici hərbi yardımın tamamilə dayandırılması və kəşfiyyat məlumatlarının ötürülməsidir”, – deyə Kremldən vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv