64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq

64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq






presstv

"Presstv"az #Hakim, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

64 yaşlı şəxs bu dəfə 85 min manatlıq dələduzluğa görə hakim qarşısına çıxarılıb. O, daha əvvəl də külli miqdarda dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman daha bir cinayət əməli üzə çıxıb.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, 64 yaşlı Şahlar Allahverdiyev “Art Dizayn” MMC-nin direktoru olub. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. İş adamlarından obyekt tikintiləri üçün lazmı sənədləri hazırlamaq, rəsmi qurumlardan icazə almaq adı ilə külli miqdarda pul alıb.

2024-cü ildə onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin işdə ümumi zərər 300 min manata yaxın olub. O, bəzi zərərçəkmişlərlə barışsa da, digərlərinin pulunu ödəməyib.

Allahverdiyev həbsdə olan zaman ondan daha bir iş adamı şikayətçi olub. Bu dəfə Elşad adlı iş adamına qarşı 85 min manatlıq dələduzluq edib. Belə ki, yanacaqdoldurma məntəqələri olan Elşad adlı iş adamı Astarada yeni yanacaqdoldurma məntəqəsi tikmək istəyib. Buna görə yol kənarında olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və layihənin hazırlanması üçün Allahverdiyevə hissə-hissə olmaqla 85 min manat pul verib.

Allahverdiyev deyib ki, aldığı pulun 65 min manata yaxınını layihə üçün xərcləyib. O, iş alınmadığı üçün Elşadın ondan şikayət etdiyini deyib.

Zərərçəkmiş şəxs pulunu ala bilmədiyi üçün Allahverdiyevdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə Allahverdiyev 6 il azadlıqdan məhrum edilib. Onun indiki cəzası əvvəlki 6 illik həbs cəzası ilə birləşdirilib və ümumi olaraq 8 il azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv