Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var

Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var






presstv

"Presstv"az #Ailə, #çayda

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aysu və Fatimə Əliyevanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onların anası Fizzə Əliyeva məlumat verib.

O, övladlarının oktyabrın 5-də ehtiyatsızlıq üzündən yanıq xəsarətləri aldığını deyib:

“Biz Siyəzəndə yaşayırıq, uşaqlar evdə oynayarkən qaynar çaydanı üstlərinə aşırıblar. Elə həmin gündən də xəstəxanada müalicələr etdiririk. Fatimənin demək olar ki, bütün bədəni yanıb. Müalicələri tamamlanandan sonra o, bir neçə dəfə əməliyyat olunmalıdır. Ağrıları dözülməzdir. İki uşağı birdən müalicə etdirmək, inanın, bizim üçün çox ağırdır”.

Gənc ana övladları üçün dəstək istəyib:

“Bizim Aysu və Fatimədən başqa bir oğlumuz da var. Yoldaşım mühafizəçi işləyir, qızlar yanandan bəri o da işə gedə bilmir. Uşaqların gündəlik pamperslərini, gündəlik xərclərini qarşılamaq, inanın, bizə çox baha başa gəlir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 325-37-53.

Kapital Bank: 4169 7388 9781 8385.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv