Tramp və Kanadanın baş naziri razılığa gəldilər

Tramp və Kanadanın baş naziri razılığa gəldilər






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Haber Global, #Jurnalistlər, #Kanada

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı baş tutub. Danışıq zamanı Tramp Kanadanın suverenliyinə hörmət etdiyini bildirib.

presstvaz-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Kanada Baş nazirinin Ofisindən məlumat verilib.

Məlumata görə, iki lider arasındakı danışıq Karni tərəfindən olduqca konstruktiv, Tramp tərəfindən isə son dərəcə məhsuldar olaraq qiymətləndirilib.

Ofisin açıqlamasında qeyd edilib ki, Tramp və Karni aprelin 28-də keçiriləcək seçkidən dərhal sonra yeni iqtisadi və təhlükəsizlik əlaqələri üzrə hərtərəfli danışıqlara başlamaq barədə razılığa gəliblər.

“Kanadanı həmişə sevmişəm. Çox gözəl bir söhbətimiz oldu. Baş nazir seçki prosesindədir, ona görə də seçkidən sonra yenidən danışacağıq”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, daha əvvəl Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Kanadanın suverenliyini tanıması şərti ilə onunla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv