Böyük Britaniyada məxfi hərbi sənədlər küçəyə səpələndi

Böyük Britaniyada məxfi hərbi sənədlər küçəyə səpələndi






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #İngiltərə, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərənin Nyukasl şəhərində küçələrin birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənədlər tapılıb.

presstvaz xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, zibil torbasından tökülən kağız yığını yoldan keçən bir nəfərin diqqətini çəkib.

Böyük Britaniya Müdafiə Nazirliyi insidentin təcili qaydada araşdırıldığını bildirib. Aşkar edilmiş sənədlər idarənin nümayəndələrinə təhvil verilib.

Bəziləri 2024-cü ilin sonlarına aid olan sənədlərdə Böyük Britaniya hərbçilərinin adları, sənədlərinin nömrələri və əlaqə məlumatları, silahların verilməsi və iş növbələri qeyd olunub. Bəzi sənədlər “məxfi” yazısı ilə qeyd olunub.

Hökumət təsnifatına əsasən, bu cür məlumatlar dələduzların əlinə keçərsə, bu, London və onun müttəfiqləri üçün qısamüddətli, orta intensivlikli təhlükə yarada, bəzi hallarda isə hərbçilərin həyatını təhlükəyə ata bilər. Sənədlərdən biri “Arsenalın açarları və təhlükəsizlik sisteminin kodları” adlanır.

Məlumata görə, sənədlər Şimali Yorkşirdə yerləşən Böyük Britaniya quru qüvvələrinin ən böyük bazası olan Katterik qarnizonuna aid ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv