Fransua Benedetti: “Neokolonializm bəşəriyyətə qarşı cinayətdir”

Fransua Benedetti: “Neokolonializm bəşəriyyətə qarşı cinayətdir”






presstv

"Presstv"az #Bakı, #Fransa, #Mətbuat konfransı, #Təbii fəlakət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Fransa dənizaşırı ərazilərində təbii fəlakətlərdən əziyyət çəkənlərə kömək etmək əvəzinə öz xarici ərazilərində hərbi baza yaradır”.

presstvaz xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Korsika Libera partiyasının nümayəndəsi Fransua Benedetti deyib.

O bildirib ki, bu addım Fransanın dənizaşırı ərazilərində yaşayan xalqların kimliyini məhv etməyə yönəlmiş müxtəlifyönlü müstəmləkəçilik siyasətinin bir parçasıdır:

“Fransa hökuməti Mayotda təbii fəlakətdən əziyyət çəkənlərə yardım etmək əvəzinə orada hərbi baza yaradıb. Yerli sakinlərin təbii fəlakətlərin nəticələrindən əziyyət çəkdiyi və köməyə ehtiyacı olduğu bir vaxtda hərbi baza tikmək nə dərəcədə doğrudur? Bu, milli kimliyin açıq-aşkar ləğvi üçün çalışmaqdır”.

“Neokolonializm bəşəriyyətə qarşı cinayətdir. Fransa hökuməti yerli xalqların mədəni irsini məhv edir və onların sərvətləri amansızlıqla ələ keçirilir”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv