Miflərə son: Gündəlik su qəbulu norması haqqında həqiqət

Miflərə son: Gündəlik su qəbulu norması haqqında həqiqət






presstv

"Presstv"az #Həkim, #Rusiya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər kəsin su tələbatı fərqlidir və standart “gündə 2 litr su” qaydası artıq keçərli deyil”.

presstvaz-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq və nutrisioloq Darya Xaykina bildirir.

Onun sözlərinə görə, suyun miqdarı insanın çəkisi, boyu, fiziki aktivliyi, iqlimi və sağlamlıq vəziyyətindən asılıdır.

“Əvvəllər 1 kq çəkiyə 30-40 ml su hesablanırdı, lakin bu formula bədən tərkibini nəzərə almadığı üçün yanlışdır. Məsələn, 100 kq çəkisi olan iki nəfərin suya ehtiyacı fərqli ola bilər, çünki əzələlər yağ toxumasına nisbətən daha çox su saxlayır”, – deyə mütəxəssis vurğulayıb.

Həkim bildirib ki, su ilə bağlı orqanizmin verdiyi siqnalları dinləmək lazımdır:

“Əgər sidik rəngi açıq sarı və ya saman rəngidirsə, bu normal hidrasiya səviyyəsini göstərir, əgər sidik tünddürsə – susuzlaşma var. Eyni zamanda, orqanizmdə su çatışmazlığı zamanı süstlük, baş ağrıları, diqqət və konsentrasiya çətinlikləri yaranır. Həmçinin dodaqların quruluğu, çatlar və dəridə qabıqlanma maye çatışmazlığından xəbər verə bilər. Kofeinli içkilər susuzlaşdırmır, amma spirtli içkilər su itkisinə səbəb olur. Ona görə də, içkidən sonra əlavə 1-2 stəkan su içmək tövsiyə edilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv