Zaxarova: “Qərb Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını ləngidib”

Zaxarova: “Qərb Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını ləngidib”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Hakim, #Nəqliyyat, #Rusiya, #Rusiya XİN

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi Qərbin destruktiv təsiri səbəbindən dayanıb. Ermənistanın mövqeyi də tez-tez suallar doğurur”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat xatırladıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokdan çıxarılması kimi son dərəcə vacib məsələnin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər arasında əldə etdikləri razılaşmalara uyğun olaraq, xüsusi üçtərəfli işçi qrupu yaradılıb.

“Bu çərçivədə həm hüquqi əsasların, həm də Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının qarşılıqlı suverenlik prinsipləri əsasında bərpasının texniki parametrlərinin razılaşdırılması üzrə böyük iş görülüb”, – deyə o qeyd edib.

Bununla yanaşı, diplomat diqqətə çatdırıb ki, son vaxtlar bu istiqamətdə vəziyyət mürəkkəbləşib:

“Biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa, Ermənistan hakimiyyətinin mövqeyi bəzən, hətta tez-tez bizdə suallar doğurur”.

Zaxarovanın sözlərinə görə, bu iki amil səbəbindən qrupdakı əməkdaşlıq və kooperasiya dayanıb.

“Əminik ki, adı çəkilən qrupda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafını təmin edəcək”, – deyə Zaxarova vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv